Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

1 500 nəfər əhalisi olan kənddə 72 göydələn inşa edilib - FOTO

Baxış: 321
Çinin Szyansu əyalətində yerləşən Huaxi kəndi dünyanın ən unikal məkanlarından hesab olunur.
Türkiyənin “Milliyet” qəzeti yazır ki, Huaxi Çinin ən zəngin kəndi kimi tanınır.
Kənddə 1 500 sakin yaşayır.
Qədim zamanlardan dəmir, polad və parça istehsalı ilə məşğul olan kənd əhalisi Çinin varlı insanlarından sayılıb.
Kəndin tarixi abidələrlə zəngin olması son illərdə buraya hər il milyonlarla turistin üz tutmasına səbəb olub və kənd əhalisi xeyli zənginləşib.
Belə ki, 1 500 nəfər əhalisi olan kənddə 72 göydələn inşa edilib. Kənd əhalisi çox bahalı avtomobillərə və malikanələrə sahibdir.
Artıq buraya üz tutan turistlər təkcə tarixi abidələri seyr etməyə yox, Çinin ən zəngin kəndini görməyə can atırlar.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.