Hər ilin bu vaxtı, yəni tədris müəssisələrinin açılması ərəfəsində Bakıda kirayə mənzil bazarı canlanır. Xüsusən bölgələrdən tələbələrin paytaxta üz tutması bazarda tələbi kəskin artırır. Bu isə qiymətlərə təsir edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Sahibkartv.az”a açıqlamasında hazırda Bakının kirayə mənzil bazarında tələbin əvvəlki illin eyni dövrü ilə müqayisədə 10-13 % çox olduğunu bildirib.
Tələb artıb, təklif dəyişməyib
Onun sözlərinə görə, bu il ölkəmizə xaricdən gələnlərin və xüsusilə yay aylarında Bakıda ev kirayələyənlərin sayı daha çox olub: "Xüsusilə də Türkiyədən gələnlərin sayı artıb. Digər tərəfdən, torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəyə investisiya axını başlayıb. Nəticədə kirayə evlərinə tələbat daha da yüksəlib. Buna geosiyasi münaqişələr də təsir edib. Hələ də ölkəmizdə Rusiya və Ukraynadan gələn şəxslər var. Bazarda təklif sayı isə əvvəlki kimi qalıb. Nəticədə mənzil qıtlığı yaşanır. Bu qıtlıq isə qiymət artımına gətirir. Bu dəfə əvvəlki illərdən fərqli olaraq qiymət artımı daha dinamik, daha yüksək sürətlə gedir”.
Köhnə mənzillər 450-500 manat, yenilər 550-600 manatdır
V.Oruc bazarda bundan bir il yarım əvvəl yaşanan qiymət artımının yenidən təkrarlandığını vurğulayıb:
”Hər il tədris dövrünün əvvəllərində yaşanan bu ajiotaj bitəndən sonra qiymətlərdə stabillik və ya enmələri görəcəyik. Lakin bu o demək deyil ki, qiymətlər əvvəlki dövrə qayıdacaq. Daşınmaz əmlak bazarında qiymətlərin yüksəliş dinamikası bir həddə çatırsa, sonradan enmələr çox olmur. Bu da getdikcə manatın alıcılıq qabiliyyətinin aşağı düşməsindən və daşınmaz əmlakın ölkəmizdə bahalaşmasından asılıdır. Eyni zamanda ölkənin iqtisadi vəziyyəti, beynəlxalq maliyyə durumu, ölkəyə investisiya qoyuluşu, ölkədə iqtisadi böyümə, mənzillərə tələbatın artması və mövsümi hadisələr də qiymət artımına təsir edir".
Ekspertin fikrincə, hazırda Bakıda köhnə tikililərdə birotaqlı mənzillərin kirayə qiyməti 450-500 manat, yeni tikililərdə isə 550-600 manat təşkil edir: "Bu qiymətlər mənzilin komfort səviyyəsi və əşyalı olub-olmamasına görə dəyişir".
Qiymətlərdə ciddi azalma olmayacaq
O, qiymətlərin sentyabrdan sonra stabil qalacağını və ya enəcəyini də istisna etməyib: "Amma enmələr olsa da, ciddi olmayacaq.
Keçən ilin əvvəlində Rusiya və Ukraynadan axın olanda kirayə mənzil bazarında qiymətlər xeyli artdı. Bir çox yerlərdə 30-35 % civarında qiymət artımı oldu. Vəziyyət sakitləşəndən sonra qiymətlər yenidən enməyə başladı. Əvvəllər 30-35 % olan qiymət artımı 10 %, bəzi yerlərdə 12-13 % həddinə endi. Yəni birinci mərhələdə 550-600 manata olan mənzillərin kirayə haqqı təqribən 700 manata yüksəldi. Xaricdən gələnlərin çoxu getdikdən sonra isə 700 manata olan mənzillərin qiyməti təqribən 600 manat oldu. Bu, kirayə mənzilə tələbatın azaldığını göstərirdi”.
Əksər tələbələr minimum əşyalarla kifayətlənir
Müsahibimiz bildirib ki, metro stansiyalarına yaxın ərazilərdə tələbat və qiymət artımı daha çoxdur:
“Bunlar əsasən təhsil müəssisələrinin daha çox olduğu “Elmlər Akademiyası”, “İnşaatçılar”, “İçəri şəhər”, “Sahil”, “28 May”, “Gənclik” metrostansiyalarıdır. Metrodan uzaqlaşdıqca qiymətlər nisbətən aşağı olur. Kirayə mənzil axtaran tələbələr nəqliyyat əlçatanlığına da önəm verirlər. Digər tərəfdən, tələbələr mənzilin onun tam əşyalı olmasına diqqət edirlər. Elə tələbələr də var ki, komfort şərait istəyir. Bəziləri qabyuyan və ya paltaryuyan maşının da olmasını tələb edir. Əksər tələbələr isə yaşamaq üçün minimum lazımi əşyalarla kifayətlənir”.
V.Oruc qeyd edib ki, həyət evlərini daha çox imkansız təbəqədən olanlar kirayələyir:
“Belə evlərin qiyməti 300-350 manat olur. Adətən tələbələr tək yaşamırlar. Bir neçə tələbə birlikdə bir ev kirayə edir, bu zaman onların hərəsinə 100-150 manat ödəniş düşür. Bəzi ev sahibləri çox sayda tələbənin bir evdə yaşamasını istəmirlər. Çünki bu zaman evdə köhnəlmə daha çox olur. Bəzən qonşular da tələbələrin çoxluğundan və səs-küyündən narazılıq edirlər”.
Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” həbs edildi
11:35 / 10-04-2025
“Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
11:30 / 10-04-2025
“Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
11:22 / 10-04-2025
Danışıqlar 30 dəqiqə sonra başlayır...
10:38 / 10-04-2025
Prezident onu təltif etdi - Sərəncam
10:34 / 10-04-2025
Kartlardan daha 40 min manat oğurlandı
10:20 / 10-04-2025
Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
10:15 / 10-04-2025
“Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
10:11 / 10-04-2025
“Tramp Putinə çox qəzəblidir” - Zelenski
09:56 / 10-04-2025
Türkiyədə mədən çökdü, 13 yaralı
09:42 / 10-04-2025
SEPAH İran-Ermənistan hərbi təlimlərinin məqsədini açıqladı
09:33 / 10-04-2025
Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
09:28 / 10-04-2025
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09:23 / 10-04-2025
Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR - VİDEO
09:00 / 10-04-2025
Sənayeləşmiş Yanaşmalarla Tütün İstehsalında Avtomatlaşdırma
21:44 / 09-04-2025
Çində Yeni Aqrar Texnologiyalarla Bostançılıqda İnnovasiyalar
21:23 / 09-04-2025
Dünyada Üzümçülükdə Vertikal Təsərrüfatlar Quraşdırılır
20:45 / 09-04-2025
İstifadə Edilən Əkinçilik Resurslarının Azaldılması Üçün Yenilikçi Həllər
20:30 / 09-04-2025
Sənaye Proseslərində Yeni Nəsil Təkrar İstifadə Texnologiyaları
20:18 / 09-04-2025
Təbiətə Dost Yeni Yanaşmalarla Bostançılıqda Əkinçilik Tətbiq Edilir
19:49 / 09-04-2025
Robotlar ilə Üzüm Yığımında Sürət və Səmərəlilik Artır
19:19 / 09-04-2025
Təkrar Emalın İnkişafı ilə Yeni Enerji Mənbələrinin Yaradıla Biləcəyi
18:30 / 09-04-2025
Üzümçülük Sektoru İctimaiyyatla Əməkdaşlığı Artırır
18:30 / 09-04-2025
Biosensorlarla Üzümçülükdə Keyfiyyətin Daha Dəqiq İzlənməsi
17:41 / 09-04-2025
Yeni Təsərrüfat Texnologiyası ilə Üzümçülükdə Dayanıqlı İnkişaf
17:30 / 09-04-2025
Afrikada Aqrar Texnologiyalarla Üzüm Bağlarında Məhsuldarlıq Artır
17:19 / 09-04-2025
Sənaye İstehsalatında Təkrar Emal Texnologiyalarına Yönələn Yeni Fondlar
16:44 / 09-04-2025
Bioloji Pestisidlərin Köməyi ilə Bostançılıqda Ekoloji Təmiz Yanaşma
16:17 / 09-04-2025
ABŞ Çinlə müharibəyə hazırlaşır – Yaxın Şərq bombalanır, arsenal boşalır
16:00 / 09-04-2025
Bakıda kirayə mənzil bazarında vəziyyət necədir?
Bölməyə aid digər xəbərlər
Tarix: 1-09-2023, 13:17 Oxunub: 189
Bölməyə aid digər xəbərlər
27-07-2023, 11:03
Bakıda kirayə qalan əcnəbilərin bazar payı nə qədərdir?
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
21-02-2023, 12:28
Azərbaycanda elektrik enerjisi bazarının təşkili və fəaliyyəti qaydaları açıqlanıb
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
11-10-2022, 16:54
Bakının daşınmaz əmlak bazarı yeni geosiyasi vəziyyətdə necə dəyişib?
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
1-08-2022, 09:02
Qarabağda bərpa-quruculuq işlərinin genişlənməsi daşınmaz əmlak bazarına necə təsir edəcək?
18-06-2022, 11:48
Azərbaycan duru yağa olan tələbatını tam ödəyə biləcəkmi?
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
18-12-2020, 11:53
Azərbaycanın turizm sektorunda tənəzzül davam edir - SON MƏLUMA
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO