“Əgər Qarabağda, həqiqətən, aclıq varsa, onda ermənilər niyə Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınması təklifimizə müsbət cavab vermirlər? Bu bir daha təsdiq edir ki, əslində heç bir blokadadan və aclıqdan söhbət gedə bilməz”.
Bunu “Sahibkartv.az”a açıqlamasında politoloq, BDU-nun professoru Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi qondarma blokada iddiasından siyasi alət kimi istifadə etməyə, Azərbaycana qarşı mənfi imic yaratmağa çalışır: “Halbuki Laçın yolu tamamilə açıqdır. Sadəcə olaraq biz əraziyə nəzarət edirik. Bu isə o deməkdir ki, ermənilər əvvəlki kimi “at oynada bilmirlər”. Onları narahat edən də məhz budur”.
Professor qeyd edib ki, Laçın yolu beynəlxalq hüququn tələbləri çərçivəsində istifadə olunur: “Beynəlxalq hüquq normaları isə təhlükəsizliyin təmin olunmasını tələb edir. Deməli, mütləq yüklər yoxlanılmalıdır. Biz qeyri-adi nəsə tələb etmirik. Tələblərimiz beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə tamamilə uyğundur. Ermənistan qondarma respublikaya qanunsuz yüklərin daşınmasını istəyir. Biz isə buna icazə verə bilmərik”.
Ə.İbrahimovun fikrincə, Ermənistanın iddiaları tamamilə əsassızdır: “Qarşı tərəf ağı qara kimi təqdim etməyə çalışır. Amma, əlbəttə, Azərbaycan reallığın beynəlxalq ictimaiyyətə çatdırılması üçün lazımi addımları atır. Qondarma rejimdə aclığın olmaması beynəlxalq təşkilatlara yaxşı məlumdur. Son zamanlar Ermənistan hərbi-siyasi hakimiyyəti ilə qondarma rejim arasında gərginlik artıb. Bunun da əsas səbəbi məhz onların özlərinin uydurduğu nağıldır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Laçın yolundakı vəziyyətlə bağlı suala cavabında deyib ki, ərazidə hərəkət azadlığı bloklanmayıb.
Prezident qeyd edib ki, iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və Azərbaycan sərhədçilərindən birini yaraladı: “Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi”.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
"Qarabağda heç bir blokadadan və aclıqdan söhbət gedə bilməz" - RƏY
Bölməyə aid digər xəbərlər
Tarix: 2-08-2023, 20:35 Oxunub: 129
Bölməyə aid digər xəbərlər
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
21-09-2022, 21:40
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
16-05-2022, 12:22
Bakı Limanı: “Şimal dəhlizindən keçən yükün böyük bir həcmi mütəmadi olaraq Orta Dəhlizə yönələcək”
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
16-04-2022, 20:30
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: “Sənət sevgisi ilə ailəmə baxa bilmirdim” - MÜSAHİBƏ
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO