"Xəzər TV" MMC 2022-ci ili 184 min 705 manat xalis zərər ilə başa vurub. MMC 2021-ci ili 28 min 563 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il TV şirkətinin xalis zərəri 6,6 dəfə artıb.
Sahibkartv.az xəbər verir ki, "Xəzər TV" MMC-nin gəlirləri 2021-ci ildə 12 milyon 830 min manat ikən, 2022-ci ildə 12 milyon manata düşüb.
Ötən il gəlirlərin azalması ilə bərabər Şirkətin xərcləri artdığından xalis zərəri də artıb.
"Xəzər" teleradio yayım şirkətidir.






































