Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvan sakinləri 57 min manata yaxın ƏDV məbləğini geri alıb

Baxış: 323


Naxçıvan MR-da “ƏDV geri al” layihəsinin tətbiq edildiyi ötən ilin dekabr ayından bu ilin mart ayına qədər istehlakçılara ümumilikdə 184 522 kassa çeki üzrə 56,5 min manatdan çox ƏDV məbləği geri qaytarılıb.
"Sahibkartv.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunun 137 184 kassa çeki üzrə 34,7 min manatı fevral ayının payına düşüb.
Yanvar ayı ilə müqayisədə fevral ayında kassa çekləri üzrə 2,9 dəfə, qaytarılan məbləğ üzrə 1,6 dəfə artım olub.
Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i istehlakçılara geri qaytarılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.