Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir

Baxış: 355


“Azərbaycan Hava Yolları” aviaşirkəti martın 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt təklif edir.
Bu barədə "Sahibkartv.az"a aviaşirkətdən bildirilib.
Təklif 28 mart - 20 aprel 2023-cü il tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil edilir.
AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər əldə etmək mümkündür. İstiqamətlər arasında: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana və Almatı.
Bu uçuşlara aviabiletləri [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.
“Azərbaycan Hava Yolları” qarşıdan gələn Novruz bayramı münasibətilə bütün sərnişinləri təbrik edir, sevinc və parlaq anlarla dolu səyahətlər arzulayır!

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.