
APA xəbər verir ki, hadisə Ə.Məmmədəliyev küçəsində baş verib.
Belə ki, azyaşlı uşaq qonşuluqda yaşayanların evinə daş atıb. Bu zaman evdə yaşayan qadınlar uşağın ünvanına qeyri-etik sözlər deyərək onu daşlayıblar.
Bundan sonra həmin uşağın atası 1992-ci il təvəllüdlü Mahmudova Lalə Şahin qızı, 1983-cü il təvəllüdlü Mahmudova İlhamə Səxavət qızı, 1984-cü il təvəllüdlü Mahmudova Rəqsanə Məmmədbağır qızı və onun ərini döyüb.
Yaralılar xəstəxanaya yerləşdirilib.





































