Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov: "İnanırıq ki, bir gün ədalət zəfər çalacaq"

Baxış: 296

"İnanırıq ki, bir gün ədalət zəfər çalacaq".

"Sahibkartv.az" xəbər verir ki, bu fikirlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı tviter hesabındakı paylaşımında yer alıb.
"Xocalıda Azərbaycana qarşı dəhşətli soyqırımdan 31 il keçir. Ermənistanın kütləvi qətl, nifrət və irqi ayrı-seçkilik siyasətinə məruz qalan Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə yad edirik", - paylaşımda deyilir.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.