Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BMT-də çalışan azərbaycanlı gəncin vəzifəsi artırılıb

Baxış: 252


BMT-də çalışan azərbaycanlı gəncin vəzifəsi artırılıb
BMT-nin Macarıstanın paytaxtı Budapeştdəki Terrorla Mübarizə Agentliyində proqram meneceri vəzifəsində çalışan Vüqar Allahverdiyevin vəzifəsi artırılıb. 
“Sahibkartv.az”ın əldə etdiyi məlumata görə, o, təşkilatın Filippinin paytaxtı Maniladakı Cənub-Şərqi Asiya üzrə regional nümayəndəliyinin rəhbəri təyin edilib. 
V.Allahverdiyev əmək fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayıb, 2014-cü ildə təşkilatın ABŞ-ın paytaxtı Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri çalışıb, 2021-ci ildə Terrorla Mübarizə Agentliyinə təyinat alaraq terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik edib. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.