Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: “İnnovasiya gələcəyə baxış prioritetlərimizdən biridir”

Baxış: 304


Mikayıl Cabbarov: “İnnovasiya gələcəyə baxış prioritetlərimizdən biridir”
İnnovasiya Azərbaycan üçün çox önəmli məsələdir, ölkənin gələcəyə baxış üzrə beş prioritetindən biridir.
“Sahibkartv.az” xəbər verir ki, bunu Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən II İllik İnnovasiya Sammitində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Azərbaycan dayanıqlı inkişafa nail olmaq istəyir. Bu da geniş tədbirlərin həyata keçirilməsini tələb edir. Həm dövlət qurumlarında, həm də özəl müəssisələrdə innovasiyaların tətbiqinin genişləndirilməsi bizim üçün önəmli məsələdir”, - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.