17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
Kanadanın paytaxtı Ottava şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın hərbi təxribatlar törətməsinə etiraz və Azərbaycan ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Ottavada fəaliyyət göstərən azərbaycanlı icmasının təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz yürüşünün məqsədi Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş verənləri yerli ictimaiyyətin nəzərinə çatdırmaq olub.
Azərbaycanın üçrəngli bayraqlarının və müxtəlif şüarların yazıldığı posterlərin bərkidildiyi avtomobillər Ottavanın küçələri və prospektləri ilə hərəkət edərək, Kanadanın parlament, senat, Xarici İşlər Nazirliyi, xarici ölkələrin səfirliklərinin, o cümlədən, Ermənistan səfirliyinin binalarının, ölkənin Baş nazirinin iqamətgahının önündən keçib.
Aksiyanın sonunda soydaşlarımız əllərində Azərbaycanın və Kanadanın dövlət bayraqlarını tutaraq “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Kanada indi hərəkətə keçməlidir!” və sair şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları Kanada hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyi, Ermənistanın işğalçı siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə qətiyyətli addımların atılmasını tələb ediblər.
Bölməyə aid digər xəbərlər