13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə “Qum, çınqıl və daş istehsalçıları assosiasiyası” İctimai Birliyi, “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyi və “Ticarət şəbəkələri” İctimai Birliyi yaradılıb.
Hər üç biznes assosiasiyası dövlət qeydiyyatına alınıb və artıq fəaliyyətə başlayıb.
Yeni assosiasiyalar müvafiq sahələrin inkişafına dəstək olmaq, bu sektorlarda təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması, sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.
KOBİA biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, sahibkarlar arasında biznes assosiasiyalarının yaradılmasını təşviq edir. Agentlik yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan əksəriyyəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahəvi assosiasiyalardır.
Bölməyə aid digər xəbərlər