Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”

Baxış: 323


Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”Ceyhun Bayramov
“Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən deyib.
XİN rəhbəri bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil: “Bu proses sivil və dinc formada, beynəlxalq hüququn prinsipləri əsasında aparılmalıdır”.
O, Ermənistan ilə sülh müqaviləsinin müzakirəsinin davam etdirildiyini söyləyib: “Torpaqlarımız 30 ilədək işğal altında idi, Ermənistan ilə danışıqlar nəticə vermirdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra növbəti mərhələ başladı”.
“Bizim sülh çağırışımıza, təxminən, 1 il ərzində cavab verilmədi. Azərbaycan münasibətlərin normallaşdırılmasının 5 baza prinsipini təklif etmişdi. Lakin erməni xalqı hələ də revanşist ideaları dəstəkləyir, lakin fərqli ideyalar da var. Əvvəlki illərlə müqayisədə bu baxımdan tərəqqi var. Hamı anlamalıdır ki, Azərbaycan və Ermənistanm arasında münasibətlərin normallaşdırılması regionda sülhün bərqərar olması baxımından vacibdir”, - nazir vurğulayıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.