Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Komitəsinin sədri: "Mina çirklənməsi şəhərlərin bərpasına ciddi maneədir"

Baxış: 307



“Münaqişədən zərər çəkmiş ərazilərin geniş şəkildə minalanması, onların dəqiq xəritələrinin olmaması səmərəli şəhərsalma, bərpa işlərinə və yüz minlərlə keçmiş məcburi köçkünün öz yerlərinə qayıtmasına ciddi maneə olaraq qalır”.
"sahibkartv.az"ın Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhər Forumunun (WUF 11) XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı deyib.
““Azərbaycan ərazilərinin işğalı zamanı urbisidlər və ekosidlər nəticəsində 300-dən çox şəhər və kənd, mədəniyyət və dini obyektlər tamamilə dağıdılıb”, - A.Quliyev bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan şəhərlərin sıfırdan yenidən qurulmasına, müasir şəhərsalmaların tətbiqinə və “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” və “təmiz zona” anlayışlarından istifadə etməyə başlayıb və artıq nəzərəçarpacaq nəticələr əldə edib.
“Biz istəyirik ki, tikdiyimiz şəhərlər inklüziv, təhlükəsiz və davamlı olsun”, - komitə sədri əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.