Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: “Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır”

Baxış: 273

“Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır”.

“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı xatırladıb ki, bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirilib və bu iclasda gələcək addımlar və planlar müzakirə olunub.
“Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb və biz artan tələbatı ödəmək üçün əlimizdən gələni edirik. Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Bu, asan deyil, çünki qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”, - Prezident bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.