Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev: “Qlobal Bakı Forumunda həmişəki kimi məhsuldar müzakirələr aparılacaq”

Baxış: 284

“Əminəm ki, Qlobal Bakı Forumunda həmişəki kimi məhsuldar müzakirələr aparılacaq”.

“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
Prezidentin sözlərinə görə, tədbir iştirakçıları aktual məsələlər üzrə açıq və səmimi müzakirələrə öz töhfələrini verəcək, fikir mübadiləsi aparacaq, ən aktual qlobal məsələlərlə bağlı yeni yanaşmalar işləyəcəklər.
“Bu illər ərzində forum ən qabaqcıl institutlardan birinə çevrilib. Bu il forumda 50-dək ölkədən nümayəndələr iştirak edir ki, bu da ötənilki ilə müqayisədə qat-qat çoxdur. Bu, platformanın nə dərəcədə əhəmiyyətli olmasını göstərir. Yeni yanaşmaların işlənib hazırlanması heç vaxt olmadığı qədər əhəmiyyətlidir”, - dövlət başçısı deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.