Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı “Qurtuluşdan-Zəfərə doğru” ümumrayon tədbiri keçirildi.

Baxış: 515
Goranboyda 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı “Qurtuluşdan-Zəfərə doğru” ümumrayon tədbiri keçirildi.
 
Goranboy rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı  “Qurtuluşdan-Zəfərə doğru” ümumrayon tədbiri keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, YAP rayon fəalları, Şəhid ailələri və Qazilər, rayonun xidmət sahələrinin və  ictimai təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Təbdir iştirakçıları öncə Müasir Müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək  Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri Elçin İsmayılov, Şəhid anası Nailə Məmmədova və Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəsi Gündüz Hacıyev Azərbaycan xalqının dahi oğlu, Azərbaycançılıq məfkurəsinin və müasir dövlətçilik ənənələrinin banisi, Müasir və Müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqımızın xilaskarı Ümummilli Liderimiz Heydər Əliyevin xalqına həsr olunmuş mənalı ömür yolu və dövlət idarəçiliyi ideyaları barədə geniş nitq söylədilər. Sonra Heydər Əliyev Mərkəzi önündə rəsm və əl işləri sərgisi, gənc idmançıların çıxışları və mədəniyyət, incəsənət nümayəndələrinin ifasında bayram konserti nümayiş etdirildi. Tədbirdə,  müxtəlif müsabiqələrdə, o cümlədən fənn olimpiyadalarında, musiqi və idman yarışlarında fərqlənən məktəblilərə  rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.
 













Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.