Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Abşeron Logistika Mərkəzində yeni təyinat

Baxış: 307







Abşeron Logistika Mərkəzinin Beynəlxalq daşımalar departamentinə direktor təyin edilib.
Sahibkartv.az-ın əldə etdiyi məlumata görə, Nicat Əsgərov Abşeron Logistika Mərkəzində Beynəlxalq Daşımalar Departamentinin direktoru vəzifəsinə təyin olunub. O, beynəlxalq daşımaların effektiv idarə edilməsinə rəhbərlik edəcək. N.Əsgərov bundan öncə “Panalpina Central Asia E.C.”- də və bir sıra tanınmış beynəlxalq logistika şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, Abşeron Logistika MərkəziQafqaz regionu üzrə ən böyük quru yük limanına sahib olan mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə 3PL, konteyner, vaqon, gömrük, broker, anbarlama və nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "bir pəncərə" sistemi ilə sahibkarlara yüksək səviyyəli və operativ xidmət göstərilir. Mərkəz ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.