Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın dövlət büdcəsinə dəyişiklik ediləcək

Baxış: 273



Azərbaycanın dövlət büdcəsinə dəyişiklik ediləcək 


Bu ay "2022-ci il dövlət büdcəsi haqqında" qanuna yenidən baxılacaq.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

"Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçib. Əlavə vəsaitlər var. Odur ki, büdcəyə yenidən baxılması zərurəti yaranıb", - deyə o, qeyd edib.
V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir: "Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Prezident İlham Əliyev həmin işləri diqqət mərkəzində saxlayır, həmin ərazilərə tez-tez səfər edir. Nazirlərin də əksəriyyəti həmin ərazilərdə iş başındadır".
"Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər", - deyə deputat əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.