14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Televizor evimizin sadəcə qiymətli, maraqlı əşyası deyil, həm də həyatımızın vacib atributlarından biridir. Günümüzün hansısa saatlarında mütləq televiziya verilişlərinə baxmalı oluruq. Sevdiyimiz proqramlar da var. Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. İstər radionun, istərsə də televiziyanın ixtirasından uzun illər keçsə də, “sehirli qutu” öz sirrini saxlayır, mavi ekranın cazibəsi davam edir. Bu gün ölkəmizdə onlarla televiziya kanalı fəaliyyət göstərsə də, AzTV peşəkarlığı, verilişlərinin dolğunluğu və müasirliyi ilə örnəkdir. Ana televiziyamızın nəzdində fəaliyyət göstərən iki müstəqil kanal – “İdman TV” və “Mədəniyyət” kanalları da tamaşaçılar tərəfindən maraqla izlənilir.
AzTV-nin maddi-texniki bazası xeyli dərəcədə dəyişib və modernləşdirilib. Bütün studiyalar və montaj otaqları rəqəmsal avadanlıqlarla təchiz olunub. HD-səyyar televiziya stansiyaları alınıb. Hətta nəqliyyat vasitələri yenilənib və müasirləşdirilib. Televiziya proqramlarının Avropa ölkələrində keyfiyyətlə yayımı təmin edilib. “Teleradio” İstehsalat Birliyinin mütəxəssisləri Bakı Teleqüllə Kompleksində yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan Televiziyasının verilişləri həmin stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yüksək keyfiyyətlə yayılır.
Son iki il ərzində isə AzTV-də mövzu dairəsi kifayət qədər geniş və rəngarəng olan müxtəlif veriliş və proqramlar müşahidə edilir: yeni tərtibatda təqdim olunan və mövzulara yanaşma tərzi ilə Azərbaycan televiziya məkanında seçilən “Xəbərlər” informasiya proqramı, gündəmin əsas hadisələrini analitik təhlilə çəkən “Hədəf”, “Əsas məsələ”, “Çıxışa doğru” tok-şouları, həftə ərzində baş verənlər barədə təhlil və xüsusi araşdırmalarla tamaşaçılarda dolğun təəssürat yaradan “Həftə” analitik-informasiya proqramı, eləcə də izləyicilərin marağına səbəb olan “Ağ-qara”, “Telesəhər”, “Gün başladı”, “Tarixin izi ilə...”, “Gənclik stansiyası” , “Bir AzTV”, “Uğur düsturu” və digər verilişlər...
Azərbaycan televiziya məkanının doqquz yaşlı mavi ekranı – “Mədəniyyət” kanalı da ana televiziyamızın yolu ilə inamla addımlayır. Mədəniyyət aləmində baş verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar, yubileylər, görüşlər bu kanalda hazırlanan müxtəlif verilişlərdə əhatəli şəkildə əks olunur. “Mədəniyyət xəbərləri", "Sətirlər”, “Çərçivəsiz”, “Mənəviyyat körpüsü”, “Haqqın dərgahı”, “Xatirələrin işığında”, “Zəmanə” və s. verilişlər tamaşaçıların diqqətini çəkir.
Bu kanalda dünya kinosunun və musiqisinin ən dəyərli nümunələri də təqdim olunur. Fərəhlə deyə bilərik ki, AzTV və “Mədəniyyət” telekanallarında yayılan proqram və verilişlər müxtəlif mövzuları əhatə edir və rəngarəngdir. Ən təqdirəlayiq hal da odur ki, bu kanalların efiri öz sahəsinin peşəkarı olan sənətkarların ixtiyarındadır.
“İdman TV”nin də obyekti məlumdur. Yarandığı gündən ölkədə və xaricdə keçirilən beynəlxalq və yerli yarışların, turnirlərin əksəriyyətini yayımlayır. İdmanın müxtəlif növləri üzrə keçirilən yarışlardan canlı reportajlar, maraqlı proqramlar da nümayiş etdirilir. Bu gün “İdman TV” gənclərin sevimli kanalına çevrilib. Onlar “sehirli qutu” vasitəsilə Nyu-York, İstanbul, Roma, Paris, London, Madrid, Tokio, Münxen, Moskva, Pekin və digər şəhərlərdə keçirilən müxtəlif idman yarışlarından xəbər tuturlar. Bu kanalın yayımı təkcə bölgələrimizi deyil, Cənubi Qafqazı, Yaxın və Orta Şərq ölkələrini də əhatə edir.
Sonda bir məsələni də xüsusilə qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə AzTV-nin nəzdində yaradılmış Bədii Şura verilişlərin, proqramların baxımlı, uğurlu olması üçün təkcə müzakirə və diskussiyalarla kifayətlənməyərək, ayrı-ayrı bölgə, şəhər və rayonlarda tamaşaçılarla görüşlər keçirib, onların arzu və istəklərini öyrənib.
Bu da öz təsir və effektini göstərir. Təəssüf ki, bütün dünyada baş verən məlum hadisə – COVİD-19 pandemiyası çox işləri yarımçıq qoydu. Eləcə də, kütləvilik tələb edən bir çox çəkilişlər dayandırıldı. AzTV-nin əməkdaşları bu sahədə də öz fədakarlıqlarını əsirgəmədilər. Əhalinin maarifləndirilməsi uğrunda cəsarətli addımlar atdılar. Televiziyanın əməkdaşları məlum virusdan əziyyət çəkən xəstələrdən, müalicə aparılan tibb ocaqlarından xüsusi reportajlar hazırladılar. Qəhrəman həkim, polis və əsgərlərimizlə bir sırada dayanan televiziya işçiləri bu gün də həmin missiyanı ləyaqətlə yerinə yetirirlər.
Artıq mövsüm başa çatıb. Ümidvarıq ki, bu ağır günlər üstümüzdən tez keçər və ana televiziyamızın əməkdaşları yeni mövsümdə daha əzmlə işə başlayarlar.
Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında televiziya rəhbərliyinin, yaradıcı heyətin xüsusi əməyi var. Şübhəsiz, son illər aparılan islahatlar da bəhrəsini verib. Bizim üçün də xoşdur ki, ana televiziyamız öz ənənəsinə sadiqliyi ilə seçilir, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində yorulmadan axtarışlar aparır. Təqdim olunan hər bir verilişdə dilimizin saflığı qorunur, maarifçilik aşılanır, vətənpərvərlik tamaşaçının ruhuna hopur!
Ramiz Quliyev, Xalq artisti
Mübariz Tağıyev, Xalq artisti
Siyavuş Kərimi, Xalq artisti
Faiq Sücəddinov, Xalq artisti
Mənsum İbrahimov, Xalq artisti
Ceyran Mahmudova, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru
Flora Xəlilzadə, Əməkdar jurnalist
Baba Vəziroğlu, Əməkdar incəsənət xadimi
Təranə Muradova, Xalq artisti
Fidan Hacıyeva, Xalq artisti
Fəxriyyə Xələfova, Əməkdar incəsənət xadimi
Bölməyə aid digər xəbərlər