Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mənzillərin birdən çox vətəndaşa satılmasının qarşısı alınacaq

Baxış: 249



Mənzillərin birdən çox vətəndaşa satılmasının qarşısı alınacaq 


Mənzillərin birdən çox vətəndaşa qanunsuz satılmasının qarşısını almaq məqsədilə yeni üsullar tətbiq ediləcək.
Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Təhlil, innovasiyalar və layihələrin idarəedilməsi departamentinin direktor müavini Rəşad Əbləsənov bildirib ki, bu istiqamətdə yeni mexanizmin formalaşması, müəyyən prosedurların elektron müstəviyə gətirilməsi istiqamətində artıq işlər aparılır.
"Bu halda təminat qeydləri mülki məcəllədə öz əksini tapıb. Bina inşa edilmədən əvvəl və yaxud inşa edilən dövrdə qeydiyyatın tərkib hissəsinə uyğun olaraq öz adına sənədləşdiriləcək və daha sonra notarial qaydada satmaq mümkün olacaq. Notarius tərəfindən həmin əmlak bizim təşkilatda sənədləşdirildiyi üçün, ikinci dəfə satışa çıxarıla bilməyəcəklər",- deyə Rəşad Əbləsənov qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.