Sosial Şəbəkələrdə Dezinformasiyaya Qarşı Yeni Dövr Başlayır
22:12 / 12-03-2025
Kənd Təsərrüfatında Rəqəmsal İnqilab: AI və Robotlar Fermerlərə Dəstək Olur
21:43 / 12-03-2025
Dəniz Ticarətində Yeni Dövr: Avtonom Gəmilər və AI İdarəetmə Sistemləri
21:18 / 12-03-2025
Sosial Şəbəkələrdə Yeni Dövr: AI Moderatorları Nəzarəti Ələ Alır
20:43 / 12-03-2025
Şəhər Küçələrində Avtomatlaşdırılmış Satış Kiosqları Yayımlanır
20:23 / 12-03-2025
Dünya İqtisadiyyatı Rəqəmsal Maliyyə Sistemlərinə Keçid Edir
19:19 / 12-03-2025
Dənizdən Su Toplama Texnologiyası Kənd Təsərrüfatında İnqilab Yaradır
18:52 / 12-03-2025
Aqrobiznesdə İnqilab: Kənd Təsərrüfatında Robot Fermerlər İşləməyə Başlayıb
18:30 / 12-03-2025
Mədəniyyət və Sənətdə AI Tətbiqi: Rəqəmsal Rəssamlar və Virtual Musiqiçilər
18:22 / 12-03-2025
Dünya İqtisadiyyatında Kriptovalyuta Dominantlığı Artır
17:49 / 12-03-2025
Sahibkarlar Üçün Yeni Dövr: Mikro Bizneslər Süni İntellektlə Rəqəmsallaşır
17:30 / 12-03-2025
Səhiyyədə Yeni Dövr: Xəstəxanasız Tibbi Xidmətlər Genişlənir
16:39 / 12-03-2025
Dünyanın bu böyük şəhərləri yavaş-yavaş okeana batır
16:00 / 12-03-2025
Kulinariyada Süni İntellekt: AI Aşpazlar Restoranlarda İnqilab Yaradır
15:41 / 12-03-2025
Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
15:30 / 12-03-2025
Küçə Ticarətində Yeni Dövr: Rəqəmsal Ödənişlər və Ağıllı Terminallar Artır
15:00 / 12-03-2025
Kişineuda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi
14:20 / 12-03-2025
Bu şəxslər hər ay 200 manat alacaqlar
13:16 / 12-03-2025
Pezeşkiandan Trampa: “Nə istəyirsən et, danışıqlar aparmayacağam”
13:10 / 12-03-2025
Sabah 25° isti olacaq
13:06 / 12-03-2025
Mavi qaz əməkdaşlığı: Azərbaycan və Şimali Makedoniya arasında yeni səhifə
12:57 / 12-03-2025
Ərdoğan: Təbii ki, raketlə vuracağıq, armud yığası deyilik - VİDEO
12:48 / 12-03-2025
Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib
12:37 / 12-03-2025
Prezident Tatyana Valovayanı qəbul etdi
12:15 / 12-03-2025
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
10:36 / 12-03-2025
Dənizkənarı Milli Parkda gənclər festivalı təşkil olunub

Gənclər Fondunun 10 illiyi münasibəti ilə Dənizkənarı Milli Park ərazisində gənclər festivalı təşkil olunub.
Fondun yaydığı məlumatda bildirilir ki, festivalda Fondun həyata keçirdiyi proqramlar və iri miqyaslı layihələrin əyani təqdimatı, aparıcı gənclər və könüllü təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar, yumşaq bacarıqlar üzrə təlimlər, viktorinalar, istedadlı gənclərin musiqi proqramları təşkil edilmişdir. Festival zamanı Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında infoqrafik və informativ videolar, o cümlədən Fondun yerli və beynəlxalq tərəfdaşlarının təbrik müraciətləri nümayiş olunub.
Gənclər Fondunun 10 illik yubileyi münasibəti ilə təşkil edilən tədbir çərçivəsində media nümayəndələrinin iştirakı ilə mətbuat üçün brifinq təşkil edilib. Brifinqdə Gənclər Fondunun 10 il ərzində görülən işlər haqqında ictimaiyyətə geniş məlumat verilib.
Qeyd olunub ki, dövlət başçısının göstərişi ilə Gənclər Fondu gənclərə təhsil, məşğulluq və təcrübə, beynəlxalq təmsilçilik, asudə vaxtın səmərəli təşkili, fərdi inkişaf, ideyaların reallaşdırılması və digər sahələrdə dəstək alətləri təqdim edir.
Fəaliyyət dövründə Fond tərəfindən gənclər və gənclər təşkilatlarının 5 minə yaxın yerli və beynəlxalq layihəsi maliyyələşdirilmiş, ümumilikdə bu layihələrdən ölkə üzrə 500,000 nəfərdən çox gəncin yararlanmışdır. Bundan başqa, müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 1190 istedadlı tələbənin təhsil xərci qarşılamış, 47 nəfər gəncin isə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsilini dəstəkləmişdir. Bununla yanaşı, 332 nəfər gəncin beynəlxalq tədbirlərdə iştirakının təmin edildiyi və 48 gəncin isə xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Fond vasitəsilə təcrübə keçdiyi qeyd edilib.
Hesabat dövrü ərzində Fond tərəfindən gənclərin inkişafına yönəlik unikal layihələr həyata keçirilmişdir. Belə ki, “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində hər il ölkənin 100-ə yaxın ucqar kəndlərində on minlərlə gəncə dövlət başçısının həyata keçirdiyi gənclər siyasətinin imkanlarının çatıdırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtının səmərəli təşkili, dövlətçilik və vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində iş aparılmışdır. 2019 və 2021-ci illərdə müvafiq olaraq, Qusar və Şamaxı rayonlarında təşkil olunan “YAYFEST” çadır düşərgələri minlərlə gəncin asudə vaxtının səmərəli keçirilməsinə, onların fərdi inkişaf və sosiallaşmasına xidmət etmişdir. Gənclərin intellektual inkişafının dəstəklənməsi məqsədilə keçirilən “İntelektual klubların Gənclər Kuboku”nda ölkəmizin müxtəlif bölgələrindən olan minlərlə gənc yarışıb.
Könüllü hərəkatının dəstəklənməsi və inkişaf etməsi Fondun xüsusi prioritet istiqamətlərindən biridir. Belə ki, 2018-ci ildən etibarən hər il beynəlxalq könüllülük günü (5 dekabr) ərəfəsində könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə “Könüllü həftəsi” keçirilmişdir. Bununla yanaşı, könüllülərin dövlət başçısının çağırışına cavab olaraq, pandemiya dövründə dövlət qurumları ilə çiyin-çiyin COVİD-19 virusu ilə mübarizə layihələri Fond tərəfindən yaxından dəstəklənmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 oktyabr, 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkənin 55 şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılmışdır. Nümayəndəliklərdə son iki il ərzində 200 mindən çox gənc müxtəlif mövzularda təlimlər və layihərə cəlb edilmişlər.
Fond Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq öz fəaliyyətinin təkmilləşdirilməsi, gənclər üçün əlçatanlığın artırılmasına xüsusi diqqət yetirməkdədir və bu məqsədlə innovativ kommunikasiya vasitələrini tətbiq edir. Belə ki, “GencAPP” adlı mobil tətbiq vasitəsilə, gənclər Fondun, eləcə də digər dövlət qurumları və gənclər təşkilatlarının proqram və layihələri barədə məlumat almaqla yanaşı, onlara birbaşa müraciət etmək imkanı əldə edirlər.

Bölməyə aid digər xəbərlər
5 minə yaxın yerli və beynəlxalq layihəsi maliyyələşdirilmiş, ümumilikdə bu layihələrdən ölkə üzrə 500 min nəfərdən çox gəncin yararlanıb.

Tarix: 27-05-2022, 17:01 Oxunub: 197
Bölməyə aid digər xəbərlər
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
14-05-2022, 18:30
Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
1-11-2021, 19:42
Prezident və Birinci vitse-prezident Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olublar
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
11-07-2021, 11:30
“BİZ” filminin rejissoru: “Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək” - FOTO
12-05-2021, 19:33
Prezident Cıdır düzündə çıxış etdi
5-05-2021, 12:35
“Könüllü qəhrəmanların aprel görüşü” adlı videokonfrans keçirilib
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO