Bu il yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 157,1 milyon manat kredit verilib.“Sahibkartv.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,55 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 17,6 % artaraq 100,3 milyon manata çatıb.
Ötən 4 ayda İKZF istiqraz buraxmaqla 90 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 63,6 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 33,7 % artaraq 47,6 milyon manata çatıb.





































