Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yay Olimpiya Oyunları tarixdə ilk dəfə azarkeşsiz keçirilə bilər

Baxış: 494
Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yoşiro Mori yarışların azarkeşsiz keçiriləcəyini istisna etməyib.
Y.Mori bu barədə NHK telekanalına verdiyi müsahibədə bildirib.
“Tribunalarda tamaşaçı sayının azaldılması mexaniki şəkildə həyata keçirilə bilməz. Bu, müxtəlif meyarlar əsasında olmalıdır. Misal üçün, yarışlarda ancaq yerli publikanın iştirakını təmin etmək olar. Hazırda Olimpiya Oyunlarının tamaşaçısız keçirilməsi müzakirə edilmir, ancaq mümkün ssenari kimi bu versiya ətrafında düşünməyimiz mümkündür”, - deyə, Y.Mori qeyd edib.
Qeyd edək ki, Tokio Olimpiadasının vaxtı bir il ertələnərək, 2021-ci il 23 iyul - 8 avqust tarixlərinə təyin edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.