Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Xidməti ADNSU ilə əməkdaşlığa başlayır

Baxış: 246
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
"Sahibkartv.az" nazirliyə istinadən xəbər verir ki, sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Universitetin rektoru Mustafa Babanlı imzalayıb.
Memorandumda ali məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkili, tədris müəssisəsini xüsusi fərqlənmə ilə bitirmiş məzunların işlə təmin olunması ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması, Universitetdə “karyera günləri”nin keçirilməsi məsələləri də əks olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.