Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov Türkmənistan rəsmiləri ilə görüşüb

Baxış: 274
Türkmənistanda səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin prezidenti Sərdar Berdımuhammedovla görüşüb. 
“Sahibkartv.az” xarici mətbuata istinadla xəbər verir ki, görüşdə regionlararası tranzit yük daşımalarında iki ölkənin rolu qeyd edilib, bu sahədə tərəfdaşlığın perspektivləri müzakirə edilib.
Danışıqların digər mövzusu isə neft-qaz sənayesində əməkaşlıq olub. Bildirilib ki, iki dövlətin maraqlar naminə səyləri birləşdirmək imkanları var.
Görüşdə Azərbaycan və Türkmənistanın işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsinə də toxunulub. 
M.Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Xalq Məsləhətxanasının sədri Qurbanqulu Berdımuhammedovla da görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin yaradılması müzakirə edilib.
Tərəflər son illər Azərbaycan-Türkmənistan tərəfdaşlığının müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına güclü təkan olduğunu, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin intensivləşdirilməsi, eləcə də qarşılıqlı məsləhətləşmələr vasitəsilə təcrübə mübadiləsinin aparılması üçün böyük potensialın olduğunu qeyd ediblər.
Azərbaycan və Türkmənistan rəsmiləri min olduqlarını bildiriblər ki, hüquqi sahədə əməkdaşlıq ticari-iqtisadi və digər sahələrində əlaqələrin möhkəmləndirilməsi üçün mühüm alət rolunu oynayacaq, iki xalqın dostluğunu və mehriban qonşuluğunu möhkəmləndirəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.