Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı Şəhər İcra Hakimiyyəti 51 milyon manatlıq 2 tenderə yekun vurub

Baxış: 339
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC mənzil-kommunal xidmətlərinin göstərilməsi üçün lazımi malların alınması (1), eləcə də dövlət mənzil fonduna aid binaların əsaslı təmiri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Sahibkartv.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Modul Xidmət" və "Trilliant Engineering" MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 16,437 milyon manat və 34,336 milyon manat, ümumilikdə isə 50,773 milyon manat ödəniləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.