Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kür çayında suyun səviyyəsi artıb

Baxış: 298



Kür çayında suyun səviyyəsi artıb.
“Sahibkartv.az”un Aran bürosunun məlumatına görə, son  günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Xüsusilə bu, çayın Salyan rayonu ərazisindən keçən hissəsində daha çox müşahidə olunur. Belə ki, aprelin 30-dan bu günə kimi Kürdə suyun səviyyəsi 1,5 metr qalxıb.
Su səviyyəsinin artımı Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də şərait yaradıb. Bir müddət bundan öncə əkin sahələrinin suvarılmasında çətinliklər vardısa, artıq bütün bunlar geridə qalıb.
Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında suyun artımı müşahidə olunacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.