13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
APEPEA rəhbərliyi Sahibkarlığın İnkişafı Fondunun sədri ilə görüşüb
Bir müddət öncə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xalıyevə müraciət edərək, quş əti istehsalçılarının yem tədarükünə güzəştli kredit dəstəyinin verilməsini xahiş etmişdi.
APEPEA-nın İctimaiyyətlə əlaqələr və analitika departamentinin yaydığı məlumata görə. Aprelin 29-da Fondun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xalıyevlə APEPEA rəhbərliyi və üzvləri arasında görüş keçirilib.
Görüşdə quş əti istehsalçıları qarşıdan yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün gəldiyini, onların bu fürsətdən istifadə edərək 6 aylıq yem ehtiyatı yaratmaq istəklərini Fond rəhbərinin diqqətinə çatdırıblar.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənlinin verdiyi məlumata görə, istehsalçılar 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün Fondun güzəştli kredit ayırmasını təklif ediblər:
“Bütün istehsal müəssisələrinin ümumilikdə 40 milyon manata yaxın vəsaitə ehtiyacı var. Biz bu məbləği bir il ərzində geri qaytara bilərik. Osman müəllim Nazirlər Kabinetinin aprelin əvvəlində imzaladığı 109 saylı qərarında minimumistehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10 faizinin dövlət tərəfindən qarşılanacağını bildirdi. Quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün deyil. Osman müəllim qeyd etdi ki, bu gün(aprelin 29-da) Fondun Müşahidə Şurasının iclası keçiriləcək və orada bu məsələni müzakirəyə təqdim edəcək. Təəssüratımız belədir ki, dövlətimiz bizə gözlədiyimiz dəstəyi verəcək”.
Bölməyə aid digər xəbərlər