Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mariupolda müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1-i itkin düşüb

Baxış: 340



Ukraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb.
Bu barədə "Sahibkartv.az"ın Şərqi Avropa bürosuna Mariupol Azərbaycanlıları Konqresinin (MAK) sədri Afaq Həmidova məlumat verib.
Onun sözlərinə görə, ölənlər Mariupol şəhər sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanımdır: "Kifayət xanım döyüşlər zamanı sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində mərmilərə tuş gələrək həlak olub".
A.Həmidova bildirib ki, Azərbaycan vətəndaşı, əslən Tovuz rayonundan olan Mariupol sakini Mahir İslamov isə itkin düşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.