Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Dünyada iki zavod var, onun biri Azərbaycanda yerləşir"

Baxış: 335
"Agrarco" MMC tərəfindən bu il yeni, son texnologiyalarla təchiz olunan 20 min ton istehsal və 7 min ton ləpə qurutmaq gücünə malik olan yeni zavod qurulub.
Bunu "Agrarco" MMC-nin Baş İcraçı direktoru Cavid Kazımov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Agrarco MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsinin imzalanma mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, yaxın aylarda zavod fəaliyyətə başlayacaq: "Bu həcmlərdə fəaliyyət göstərən zavodların sayı dünyada çox deyil. Demək olar ki, həmin həcmlərdə dünyada iki zavod var, onun biri Azərbaycanda yerləşir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.