Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda elektrik cərəyanı iki nəfərin ölümünə səbəb oldu

Baxış: 379
Şəki şəhəri, Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində yüksək gərginlikli elektrik xəttinin altında yerləşən fərdi yaşayış evinin dam örtüyünü quraşdıran usta, Şəki şəhər sakini 32 yaşlı Nəriman Mustafayev faciəvi şəkildə ölüb.N.Mustafayev aldığı ağır elektroşok xəsarətindən hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıb, təcili tibbi yardım xidmətinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə təhvil verib. 
Daha bir cərəyan vurma hadisəsi Sabirabadda baş verib. Rayonunun Rüstəmli kənd sakini, 28 yaşlı Kamran Paşazadə həyətyanı sahəsində quraşdırdığı su nasosunu nizamlayarkən elektrik cərəyanı onu vurub. O, hadisə yerindəcə keçinib. 
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.