Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

3 iş adamı 165 milyon dollara kosmosa səfərə getdilər

Baxış: 390
ABŞ-ın kosmik gəmi və raket istehsalçısı SpaceX şirkəti hər birinin 55 milyon dollar ödəməsi qarşılığında 3 nəfəri Beynəlxalq Kosmik Stansiyayasına göndərib.
SpaceX şirkəti amerikalı, kanadalı və israilli olan 3 iş adamını və onları müşayiət edən ABŞ Aerokosmik Agentliyindən (NASA) keçmiş astronavt Maykl Lopez-Aleqrianı bir həftədən çox müddətə kosmos səyahəti üçün Yerin orbitinə çıxarıb.
Sahibkartv.az xəbər verir ki, Floridadakı "Cape Canaveral" Kosmik Bazasından Beynəlxalq Kosmik Stansiyayasına səyahətə gedən iş adamları (Larry Connor, Mark Pathy və Eytan Stibbe), SpaceX-in iki il NASA astronavtlarını daşıdıqdan sonra kosmos stansiyasına apardığı ilk şəxsi sərnişinlər olub.
Bildirilib ki, Beynəlxalq Kosmik Stansiyayasına getmək istəyən turistlər raketdə gəzinti, yaşayış və bütün yeməklər üçün adambaşına 55 milyon dollar ödəməlidirlər. Onlar kosmik stansiyanın Rusiya hissəsindən başqa bütün əraziləri ziyarət edə bilərlər.
Ötən il milyarder və qonaqlarını 3 günlük orbital səyahətə çıxaran SpaceX, avtomatik kapsulu ilə aprelin 19-da ikinci şəxsi kosmosa uçuşunda 4 sərnişini geri qaytarmağı planlaşdırır.
NASA-nın illərdir kosmik stansiyanın ziyarətçilərin üzünə açılması ideyasına qarşı çıxmasına baxmayaraq, məlumdur ki, Rusiya uzun illərdir Beynəlxalq Kosmik Stansiyayasına ondan əvvəl isə Mir Kosmik Stansiyasına ziyarətçi aparır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.