Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

S&P Türkiyənin yerli valyutada kredit reytinqini aşağı salıb

Baxış: 554
Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) Türkiyənin xarici valyutada uzunmüddətli kredit reytinqini "B+" olaraq təsdiqlədiyini, ölkənin yerli valyutada kredit reytinqinin isə "BB-"dən "B+"-a endirildiyini açıqlayıb.
Sahibkartv.az xəbər verir ki, S&P-nin yaydığı açıqlamada Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr aparılıb.
Türkiyənin xarici valyutada uzunmüddətli kredit reytinqinin "B+" olaraq təsdiqləndiyi bildirilən açıqlamada ölkənin yerli valyutada kredit reytinqinin "BB-"dən "B+"-a endirildiyi bildirilib.
Açıqlamada Türkiyənin kredit reytinqi proqnozunun "mənfi" olaraq saxlanıldığı qeyd edilib.
Artan ərzaq və enerji qiymətləri də daxil olmaqla Rusiya-Ukrayna müharibəsinin Türkiyəyə təsir edəcəyi qeyd edilib.
Açıqlamada Türkiyə iqtisadiyyatının bu il 2,4 faiz, gələn il isə 2,9 faiz artmasının gözlənildiyi bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.