Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sərdar Berdıməhəmmədov Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb

Baxış: 278
Sərdar Berdıməhəmmədov Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb.
Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
“Bu gün Türkmənistan paytaxtında, Ruhiyyət Sarayında ölkənin yeni seçilmiş Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib”, - məlumatda deyilir.
Qanuna əsasən yeni dövlət başçısınını inauqurasiyasında Türkmənistan parlamentinin hər iki palatasının deputatları, hökumət üzvləri, hərbi və hüquq-müharizə orqanlarının, Seçki Komissiyası Mərkəzinin, yerli dövlət orqanlarının, ictimaiyyət nümayəndələri və digər dəvətli şəxslər iştirak ediblər.
Andiçmə mərasimindən sonra ona dövlət başçısının vəsiqəsi təqdim olunub. Bununla da, o, növbəti 7 il üçün rəsmən Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 72,97% səs toplamış Baş nazirin müavini Sərdar Berdıməhəmmədov qalib gəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.