JPMorgan Chase, son zamanlar FED-in faiz artıracağı sayı ilə bağlı gözləntilərini artıran banklara qoşulub. Bankın baş iqtisadçısının rəhbərlik etdiyi komanda, FED-in ilin qalan hissəsində keçirəcəyi hər iclasda faiz dərəcələrini 0,25 bənd artıracağını proqnozlaşdırıb."JPMorgan Chase & Co."nun iqtisadçılar, ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanın qarşısını almaq üçün ardıcıl 9 iclasda faiz artıracağını bildiriblər. İqtisadçılara görə FED hər iclasda faiz dərəcələrini 0,25 bənd artıracaq. Hazırda FED-in faizi 0-0.125% aralığındadır.
Marja xəbər verir ki, ABŞ-da inflyasiyanın yanvar ayında 1982-ci ildən bəri ən yüksək səviyyədə olub.
Daha əvvəl 2022-ci il üçün faizin 5 dəfə artırılacağını gözlədiyini bildirən "Goldman Sachs" da proqnozunu 7-yə yüksəldib.
İqtisadçılar inflyasiya məsələsinə toxunaraq bildiriblər ki, “energetika sektorunda mövcud qiymət təzyiqləri azalsa belə, güclü iqtisadi artım, və xərc təzyiqləri inflyaiyaın yüksək qalmaına səbəb olacaqdır”.





































