Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyanın SWIFT-dən çıxarılması son sanksiyalar paketinə daxil deyil - Reuters

Baxış: 289
Vaşinqton və Brüssel Moskvaya qarşı son sanksiyalar paketini yekunlaşdırır, Rusiyanın SWIFT beynəlxalq banklararası sistemindən çıxarılması paketə daxil edilməyəcək.
Sahibkartv.az xəbər verir ki, bu barədə cümə günü Reuters agentliyi ABŞ və Avropa İttifaqı (Aİ) rəsmilərinə istinadən məlumat yayıb.

Onun üç mənbəsinə görə, mümkün məhdudlaşdırıcı tədbir kimi SWIFT-dən çıxarılma variantı Avropa dövlətlərindən etirazlar olduqdan sonra artıq aktiv şəkildə nəzərdən keçirilmir.
Bloomberg də öz növbəsində qeyd edir ki, VTB və ya Sberbank kimi maliyyə institutlarına yeni məhdudiyyətlər Amerika və Avropa şirkətlərinə dəyən zərəri azaltmaq üçün müəyyən istisnalarla müşayiət olunacaq.
Bundan əvvəl ABŞ administrasiyası, dəfələrlə Ukraynaya guya işğal olunacağı təqdirdə Rusiya Federasiyasına qarşı son dərəcə sərt sanksiyalar tətbiq etməklə hədələyib. "Wall Street Journal" yanvarın sonunda yazmışdı ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları dövlət banklarına, yüksək texnologiya ixracına və suveren borc əməliyyatlarına təsir göstərəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.