Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında Moskvada aparılan danışıqlar 5 saatdan artıq davam edib.
Liderlərin görüşündən sonra birgə mətbuat konfransı təşkil olunub.
Tədbir zamanı Putin danışıqlarda Qarabağ məsələsinin də müzakirə olunduğunu bildirib. O, Rusiya sülhməramlılarının rolunun yüksək qiymətləndirildiyini, onların atəşkəs rejiminə əməl olunmasına nəzarət etdiklərini və bölgədə dinc həyatın bərqərar olmasına yardım göstərdiklərini vurğulayıb.
Həmçinin, Rusiya dövlət başçısı fransalı həmkarının onu Azərbaycan, Ermənistan və Aİ rəhbərlərilə birgə danışıqlarının yekunları barədə məlumatlandırdığını bəyan edib.
Fransa prezidenti Makron da çıxışı zamanı Azərbaycan - Ermənistan münasibətlərinə toxunub.
“Biz Azərbaycan və Ermənistan arasındakı münaqişə ətrafında da fikir mübadiləsi apardıq. Sevinirəm ki, bugün səhər saatlarında səkkiz erməni hərbçi Azərbaycan tərəfindən Ermənistana təhvil verilib. Onları bizim tərəfimizdən ayrılan təyyarə İrəvana çatdırıb. Biz ötən cümə videokonfrans vasitəsilə cənab Əliyev və Paşinyanla itkin düşən şəxslər, qaçqınlarla bağlı məsələləri də müzakirə etmişik”, - deyə o, bəyan edib.
Makron, həmçinin, rusiyalı hərbçilərin Azərbaycanla Ermənistan arasındakı sərhəddə oynadıqları mühüm rolu da yüksək qiymətləndirib.
Putin və Makron Qarabağı müzakirə ediblər
Tarix: 8-02-2022, 07:54
/
Baxış: 980
Digər xəbərlər
Xəbər lenti
10:11
09-10-2026
09-10-2026
10:01
09-10-2026
09-10-2026
09:55
09-10-2026
09-10-2026
09:32
09-10-2026
09-10-2026
09:12
09-10-2026
09-10-2026
09:00
09-10-2026
09-10-2026
22:11
08-10-2026
08-10-2026
21:48
08-10-2026
08-10-2026
21:18
08-10-2026
08-10-2026
20:43
08-10-2026
08-10-2026
20:33
08-10-2026
08-10-2026
20:16
08-10-2026
08-10-2026
19:44
08-10-2026
08-10-2026
19:34
08-10-2026
08-10-2026
19:14
08-10-2026
08-10-2026
18:51
08-10-2026
08-10-2026
18:31
08-10-2026
08-10-2026
18:23
08-10-2026
08-10-2026
18:21
08-10-2026
08-10-2026
17:49
08-10-2026
08-10-2026
17:33
08-10-2026
08-10-2026
17:17
08-10-2026
08-10-2026
16:53
08-10-2026
08-10-2026
16:23
08-10-2026
08-10-2026
16:00
08-10-2026
08-10-2026
15:46
08-10-2026
08-10-2026
15:30
08-10-2026
08-10-2026
15:17
08-10-2026
08-10-2026
15:08
08-10-2026
08-10-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Torpağın gücü artıq su ilə ölçülür
08-10-2026 22:11
/
1 215
Suvarma infrastrukturu kənd sahibkarlarının diqqət mərkəzindədir
08-10-2026 21:48
/
1 170
Əkinçilikdə yeni dövr: nə qədər su, o qədər gəlir deyil
08-10-2026 21:18
/
1 287
Suya qənaət edən təsərrüfatlar bazarda üstünlük qazanır
08-10-2026 20:43
/
1 512
Torpağın məhsuldarlığını artıran yeni yanaşma
08-10-2026 20:33
/
1 107
Əkinçilikdə su idarəçiliyi gələcəyin investisiyasıdır
08-10-2026 20:16
/
1 161








































