14:46 / 22-02-2025
14:21 / 22-02-2025
13:50 / 22-02-2025
13:44 / 22-02-2025
13:18 / 22-02-2025
13:00 / 22-02-2025
09:13 / 22-02-2025
09:00 / 22-02-2025
22:11 / 21-02-2025
21:42 / 21-02-2025
21:33 / 21-02-2025
21:23 / 21-02-2025
20:32 / 21-02-2025
20:18 / 21-02-2025
19:49 / 21-02-2025
19:31 / 21-02-2025
19:19 / 21-02-2025
18:51 / 21-02-2025
18:30 / 21-02-2025
18:21 / 21-02-2025
17:39 / 21-02-2025
17:30 / 21-02-2025
17:13 / 21-02-2025
16:44 / 21-02-2025
16:15 / 21-02-2025
16:00 / 21-02-2025
15:46 / 21-02-2025
15:30 / 21-02-2025
15:00 / 21-02-2025
14:22 / 21-02-2025
6-cı dəfə siyahıda liderdir, pandemiya da onu dayandıra bilməyib....
Beynəlxalq hava nəqliyyatının reytinqi üzrə şirkət, Londonda yerləşən Skytrax 1999-cu ildən bəri hər il təqdim etdiyi dünyanın ən yaxşı aviaşirkətlərinin yeni reytinq siyahısını dərc edib.
Marja xəbər verir ki, ötən il pandemiyaya görə dərc edilməyən siyahıda 2021-ci ilin lideri - İlin Hava yolları Şirkəti Qatar Airways-dir.
Artıq 6-cı dəfə bu mükafata layiq görülən Qətər dövlətinin hava yolları şirkəti həmçinin, Ən yaxşı Biznes Klass, Ən yaxşı Biznes Klass Oturacağı və Orta Şərqin Ən yaxşı Aviaşirkəti nominasiyalarının da qalibi olub. 2-ci yerin sahibi Singapore Airlines isə Ən yaxşı First Klass və Ən yaxşı Uçuş Heyəti adını da qazanıb.
Yaponiyanın ANA All Nippon Airways şirkəti həm siyahıda 3-cü yerə, həm də Ən yaxşı Aeroport Xidməti və Ən təmiz Hava yolu Şirkəti nominasiyalarına layiq görülüb. Maraqlı nominasiyalardan birini - Ən təkmilləşmiş Aviaşirkət adını Saudi Arabian Airlines qazanıb.
Xatırladaq ki, Qatar Airways bu il həm də digər reytinq şirkəti - AirlineRatings.com saytının da Ən yaxşı Aviaşirkət titulunu qazanmışdı.
Skytrax-ın Ən yaxşı Hava yolu şirkətlərinin Reytinqi, ilk 10-luq:
Qatar Airways;
Singapore Airlines;
ANA All Nippon Airways;
Emirates;
Japan Airlines;
Cathay Pacific Airways;
EVA Air;
Qantas Airways;
Hainan Airlines;
Air France.
10 Ən yaxşı Loukost (Ucuzqiymətli) Hava yolları:
AirAsia;
Southwest Airlines;
Scoot;
Vueling Airlines;
IndiGo;
EasyJet;
Jetstar Airways;
Ryanair;
Jetstar Asia;
Flynas.
Bölməyə aid digər xəbərlər