Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə qaz tələbatının üçdə birini Qara dənizdəki hasilat hesabına ödəyəcək

Baxış: 271
Bu yaxınlarda Qara dənizdə kəşf edilmiş yataqdan 2027-ci ilədək maksimum təbii qaz hasilatına nail olmaq Türkiyənin enerji ehtiyacının üçdə bir hissəsini ödəməsinə imkan verəcək.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez "Bloomberg"ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, 2023-cü ildə 3,5 mlrd. kubmetr qaz hasilatı ilə bu yatağın işlənməsinə başlanılacaq. Daha sonra, növbəti 4 ildə illik hasilatın 15 mlrd. kubmetrə qədər artırılması nəzərdə tutulub.
Sahibkartv.az xəbər verir ki, "Türkiye Petrolleri" şirkəti araşdırılan ehtiyatlarının (yatağın) 540 mlrd. kubmetr olduğu təxmin edilən "Sakarya" sahəsində 40 quyu qazmağı planlaşdırır. Dönmez Türkiyənin yatağın işlənməsini xarici şirkətlərin iştirakı olmadan müstəqil şəkildə həyata keçirmək niyyətində olduğunu bildirib. Nazir Türkiyənin təbii qaza olan tələbatının bu il 25% artaraq 60 mlrd. kubmetrə çatacağını da xatırlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.