Day, Month 00, Year
00: 00: 00 AM
Türkiyə kəşfiyyatı Ermənistanda fəaliyyət göstərmiş terrorçunu məhv etdi

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində əməliyyat keçirib.
Əməliyyat nəticəsində İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan PKK terror qruplaşmasının mərkəzi komitəsinin üzvü Engin Karaaslan zərərsizləşdirilib.
Engin Karaaslan terror qruplaşması daxilində “Heydər Varto” kod adı ilə tanınıb. MİT-in bölgədəki əməkdaşları terrorçunun Suriyanın Qamışlı bölgəsində fəaliyyət göstərdiyini müəyyən edib. Bundan sonra terrorçunun avtomobilinə Qamışlı-Haseko magistralında Eli Fero bölgəsində PUA vasitəsilə zərbə endirilib.
PKK terror qruplaşmasına 80-ci illərdə qoşulan Engin Karaaslan 2000-ci illərdə qruplaşmanın Ermənistandakı nümayəndəsi olub.


Tarix: 28-09-2021, 16:10 Oxunub: 85


Bölməyə aid digər xəbərlər