Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Almaniya 353 Azərbaycan vətəndaşının sığınacaq müraciətini rədd edib

Baxış: 233
Almaniya Federativ Respublikası bu ilin son 8 ayı ərzində 353 Azərbaycan Respublikası vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib.
Bu barədə “Report”a Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının son 8 ayda daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan yalnız biri sığınacaq hüququ olan şəxs kimi tanınıb.
Məlumata görə, bu dövrdə 24 nəfərə qaçqın, 13 nəfərə isə köməkçi qoruma statusu verilib, 6 nəfərin ölkədən deportasiyası qadağan olunub.
Səkkiz ay ərzində işinə baxılanlardan yalınız 6,9 %-i ümumi müdafiə dərəcəsinə daxil olub, 239 Azərbaycan Respublikası vətəndaşının müraciətinə “işin digər qaydada aparılması” qərarı verilib.
Məlumat üçün bildirək ki, ötən ay ümumilikdə 11 847 əcnəbi Almaniyadan sığınacaq istəyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.