Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

Baxış: 646

“Microsoft” şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun “Four Season” hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb.Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan “Cascade Investment” investisiya şirkəti Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülazizin “Four Seasons” hotelinin səhmlərinin yarısını almaq qərarına gəlib.
Hotel rəhbərliyi tərəfindən ictimaiyyətə verilən məlumatda qeyd olunur ki, Bill Qeytsinin şirkəti bu müqavilə üçün 2,21 milyard dollar ödəyib.
Məlumatda həmçinin qeyd olunur ki, Şahzadə Talal bin Abdülazizə məxsus səhmlərinin 23,75 faizini satın alan Bill Qeyts bununla da “Four Seasons” səhmlərinin 71,25 faizinə sahib çıxaraq hotelin əsas səhmdarına çevrilib.
Hazırda Səudiyyə şahzadəsi “Four Seasons”da səhmlərin 23,75-nə, “Four Seasons”un qurucusu İsador Şarp isə 5 faizinə sahibdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.