Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət başçıları Nyu-Yorka gedəcək

Baxış: 283

83 dövlət başçısı BMT Baş Assambleyasının yüksək səviyyəli həftəlik iclasında iştirakı gözlənilir.Sahibkartv.az xəbər verir ki, bunu yekun mətbuat konfransında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır bildirib.
"Yüksək səviyyəli həftəlik iclasda 43 hökumət başçısı və üç nazir müavini şəxsən iştirak edəcək, 23 ölkə isə xarici işlər nazirləri səviyyəsində təmsil olunacaq", - Bozkır deyib.
BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də təşkilatın Nyu-Yorkdakı qərargahında başlayacaq. Yüksək səviyyəli həftəlik iclas isə 21-27 sentyabr tarixlərində olacaq.
Proqrama görə, Braziliya, Venesuela, Qırğızıstan, Livan, Moldova, Fələstin, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniya da daxil olmaqla, bir neçə ölkənin prezidentinin 76-cı sessiyada çıxışı planlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.