Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ Əfqanıstana zərbə endirdi: İŞİD lideri məhv oldu

Baxış: 292

ABŞ hərbi qüvvələri Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinə hava zərbələri endirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı məlumat verib.
“Nanqarhar əyalətinə pilotsuz hava zərbəsi endirildi. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki əhali arasında itki yoxdur”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İŞİD terror təşkilatının bir döyüşçüsü pilotsuz təyyarənin köməyi ilə məhv edilib.
Bu hava hücumu avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilən terror aktına cavab olub. Hücum nəticəsində 13 ABŞ hərbçisi və 170-dən çox mülki şəxs ölüb. İŞİD silahlıları hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü və ABŞ Prezidenti Co Bayden bu hücuma cavab verəcəyini açıqlamışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.