Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistan parlamentində dava düşdü: Deputatlar bir-birinə butulka atdı – VİDEO

Baxış: 353

Ermənistan parlamentində yenə dava düşüb, millət vəkilləri bir-birinə butulka atmağa başlayıb.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Belə ki, “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Hayk Sarkisyan (xalq arasında “butulka daşıyan” kimi daha çox tanınan) deyib ki, vəzifədə olduqları dövrdə pul və ya zənglə ordudan yayınmanın mümkün olduğu bütün müdafiə nazirləri vətən xainidir.
Hayk Sarkisyan inqilab zamanı Nikol Paşinyanın yanında onun üçün butulka tutaraq su daşıdığına görə “sudaşıyan” ləqəbini qazanıb.
Onun bu sözlərindən sonra, keçmiş müdafiə naziri Seyran Ohanyanla arasında dava başlayıb.
Sarkisyana butulka atılıb, bundan sonra müxalifətçilər və “Vətəndaş müqaviləsi”nin deputatları “butulka müharibəsi”nə başlayıblar.
Xatırladaq ki, ötən gün də Ermənistan parlamentində kütləvi dava baş vermişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.