Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kabil hava limanında silahlı toqquşma: Ölən və yaralılar var

Baxış: 291

Kabildə yerləşən hava limanında baş verən silahlı insident nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir əməkdaşı öldürülüb, üçü yaralanıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə bundesver komandanlığı məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, naməlum şəxslərlə atışmada Almaniya və ABŞ hərbçiləri də iştirak edib, onlardan xəsarət alan olmayıb.
Xatırladaq ki, “Taliban”ın Kabilə daxil olmasından sonra on minlərlə insan ölkəni tərk etmək ümidi ilə paytaxtın hava limanına axın etməyə başlayıb.
Nəticədə aeroportda izdiham yaranıb, sıxlıq zamanı onlarla şəxs həlak olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.