Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ səfirliyində Əfqanıstan vətəndaşlarının pasportları məhv edilib

Baxış: 258

ABŞ səfirliyinin əməkdaşları Kabildən təxliyə ərəfəsində sənədlər və avadanlıqlarla yanaşı Əfqanıstanın bir sıra vətəndaşlarının pasportlarını da məhv ediblər.
Bu barədə CNN telekanalı xəbər yayıb.
Konqresmen Endi Kimin ofisindən kanala bildirilib ki, ABŞ səfirliyində viza qəbulları dayandırılıb. Bununla əlaqədar olaraq diplomatik missiyada olan pasportlar məhv edilib.
Bu addımın sənəd sahiblərinin “Taliban”ın qurbanı olmaması üçün atıldığı güman edilir.
Konqresmen Tom Malinovski öz növbəsində qeyd edib ki, indi ABŞ hakimiyyəti pasportu olmayan insanları fərqli bir şəkildə, məsələn, telefon nömrələri ilə yoxlamalı olacaq.
“Bir çox hallarda onların əlaqə məlumatlarını, telefon nömrələrini bilirik və elə buna əsasən onları müəyyən etməli olacağıq”, - deyə o bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.