Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranda koronavirusun beşinci dalğasına görə beş günlük lokdaun elan edildi

Baxış: 308
İranda koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən beş günlük lokdaun elan edilib, həmçinin əyalətlər arasında hərəkətə qadağa qoyulub.
TASS-ın məlumatına görə, bu barədə respublikanın koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargahının rəsmi nümayəndəsi Alireza Raisi məlumat verib.
Məlumata görə, bütün qurumlarda, ofislərdə və banklarda işlər dayanacaq.
Qeyd edək ki, bu günə kimi İranda 4,4 milyon koronavirusa yoluxma halı aşkarlanıb. 97,2 min nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. Ümumilikdə 18,5 milyon insan peyvənd olunub.
İyunun əvvəlindən bəri İranda yeni yoluxma hallarının artımı müşahidə olunur. İranın Səhiyyə naziri Səid Namaki iyulun 27 -də bildirib ki, ölkə koronavirusun yayılmasının beşinci dalğasının zirvəsindədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.