Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstanda yenə “lokdaun” olacaq?

Baxış: 279

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə növbəti “lokdaun”un tətbiq edilməsini istisna edib.
“Sputnik Gürcüstan” xəbər verir ki, o eyni zamanda, ciddi bir məhdudiyyət tətbiq olunmayacağını da deyib.
Bunun səbəbi Gürcüstanın növbəti qapanmadan xilas ola bilməyəcəyi və ciddi məhdudiyyətlərin iqtisadiyyata ziyan vurmasıdır.
Onun sözlərinə görə, respublika rəhbərliyi fərqli bir yol seçib:
“Bu, idarəetmə yoludur. Pandemiyanı effektiv şəkildə idarə etmək üçün hər şeyi etməliyik. Ölkəmiz artıq yeni bir qapanmaya tab gətirə bilməyəcək”.
Gürcüstanın ABŞ-dan yarım milyon doza “Pfizer” peyvəndi aldığını xatırladan Qaribaşvili vətəndaşları vaksinasiyaya çağırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.